Песня Песней
1 2 3 4 5 6 7 8

1

Bu nəğmələr nəğməsi Süleymanındır. Qız:

2

Qoy dodaqların məni öpdükcə öpsün, Çünki eşqin şərabdan da yaxşıdır.

3

Vurduğun ətrin qoxusu nə gözəldir, Adın belə, ətirqabıdan tökülən ətri xatırladır, Ona görə qızların sevimlisi olmusan.

4

Bağrına bas məni, səninlə qaçaq, Qoy padşah məni otağına aparsın. Qızın rəfiqələri: Səninlə sevinib biz şadlanarıq, Şərabdan da artıq eşqinizi anarıq. Qız: Sənə heyran olanlar haqlıdır.

5

Ey Yerusəlimdəki qızlar, Qedar çadırları tək, Süleymanın pərdələri tək Qaralsam da mən, Yenə gözələm.

6

Baxmayın ki, mən qarayanızam, Günəşdən qaralmışam, Qardaşlarımın mənə qəzəbi tutarkən Məni üzümlüklərinə qarovulçu qoydular. Mən də öz üzümlüyümə baxa bilmədim.

7

Ey könlümün sevgilisi, söylə mənə: Sürünü harada otarırsan? Günorta sürünü harada yatırırsan? Niyə sənin dostlarının sürülərinin yanında gedən, Üz-gözünü bürüyən bir qadına bənzəyim? Qızın rəfiqələri:

8

Ey gözəllər gözəli, əgər yerini tapa bilməsən, Sürülərin izi ilə get, Oğlaqlarını çoban çadırlarının yanında otar. Oğlan:

9

Ey yarım, sən Fironun arabalarını çəkən Gözəl madyana bənzəyirsən.

10

Yanağına düşən bəzəklərlə, Boynundakı daş-qaşdan olan boyunbağı ilə Bax nə qədər gözəlsən.

11

Sənə düymələri gümüşdən Qızıl silsilə düzəldəcəyik. Qız:

12

Padşah süfrəsində oturarkən Hər yanı nard çiçəyimin ətri bürüyür.

13

Mənim üçün sevgilim Döşlərimin arasında yatan mirra kisəsidir.

14

Mənim üçün sevgilim En-Gedinin üzüm bağlarındakı bir dəstə xınagülüdür. Oğlan:

15

Ey yarım, nə gözəlsən, nə gözəlsən! Göyərçin gözlüsən! Qız:

16

Ey sevgilim, nə gözəlsən, Sən nə qədər şirinsən! Yaşıldır yatağımız. Oğlan:

17

Evlərimizin dirəkləri sidr ağacındandır, Tavanımızın oymaları şam ağacındandır.

© 2018 Дом Молитвы. Христианская Интернет Миссия.